Adil Nağıyevin yeni klubu bəlli oldu

13:35 - 9 Avqust 2019

"Sumqayıt"dan ayrılan Adil Nağıyevin yeni klubu müəyyənləşib.

 

23 yaşlı müdafiəçi karyerasını "Səbail"də davam etdirəcək.

 

Nağıyev Sportal.az-a açıqlamasında bu barədə bildirib: "Başqa klubla razılığa gəldim. Sağ olsun "Sumqayıt" klubunun rəhbərliyi və məşqçilər korpusu, qərarıma hörmətlə yanaşdılar. Getməyimə mane olmadılar. Hansı klubla anlaşmışam? Bu, "Səbail"dir".

 

Nağıyev ötən mövsümün ikinci yarısında "Zirə"dən "Sumqayıt"a keçmişdi.

Xəbər xətti