Emeqaranın yeni klubu müəyyənləşdi

13:21 - 10 Avqust 2019

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan İnnosent Emeqaranın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, Nigeriya əsilli isveçrəli forvard karyerasını Türkiyədə davam etdirəcək. 30 yaşlı hücumçu I Liqa təmsilçisi "Karagümrük"ə transfer olub. Klub saytı müqavilənin şərtlərini açıqlamayıb.

 

Emeqara ötən mövsüm Kiprin "Ermis" klubundan "Qarabağ"a keçmişdi. O, Ağdam klubunda 18 oyunda 5 qol vurub.

Xəbər xətti