Ötən mövsüm “Sumqayıt”a böyük ümidlərlə gətirilən Atilla Yıldırım istəniləni verməyincə sonradan əvəzedici heyətə göndərildi.
Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, “kimyaçılar” Atilla ilə yollarını ayırsa da, ona hələ də pul borcludur. Məsələ ondadır ki, klub ona verməli olduğu pulun hamısını ödəməyib.
28 yaşlı futbolçu isə pullarını almaq üçün "Sumqayıt"dan AFFA-ya şikayət edib. Əgər AFFA-dan müsbət cavab ala bilməsə, Yıldırım “Sumqayıt”ı FİFA-ya da şikayət edəcək.
saytlarin hazirlanmasi