Zubirin agenti APOEL-ə "ilişdi"

14:14 - 10 Avqust 2019

"Qarabağ"ın futbolçusu Abdullah Zubirin agenti Sam Nordin sosial şəbəkə hesabında Ağdam klubunun APOEL-ə vurduğu ikinci qolun videosunu paylaşıb.

 

Sportal.az xəbər verir ki, əlcəzairli agent videonu "ağrılıdır" başlığı ilə səhifəsində yerləşdirib.

 

37 yaşlı sabiq futbolçu bu addımı ilə bir neçə il öncə Zubiri transfer etməkdən imtina edən APOEL-i ələ salıb.

 

Sam Nordin "Zirə" və "Səbail"in sabiq futbolçuları - Dilan Duventru və Bilal Həmdinin də agentidir. 2011-ci ildə futbolçu karyerasına son qoyan Nordin hər iki futbolçunu bu yay Kiprin "Olimpiakos" (Nikosiya) klubuna transfer olmasında vasitəçi olub.

 

"Qarabağ" ÇL-in III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprin APOEL klubunu səfərdə 2:1 hesabı ilə məğlub edib. Oyunda Zubir ikinci qolun məhsuldar ötürməsini edib.

 

Ağdam təmsilçisi 27 yaşlı Əlcəzair əsilli fransalı yarımmüdafiəçini 2018-ci ildə Fransanın "Lans" klubundan 1 milyon avroya transfer edib.

 

 

Xəbər xətti