Türkiyənin "Qalatasaray" klubu "Monako"nun hücumçusu Radamel Falkaonun transferini bitirib.
Sportal.az "La Gazetta dello Sport"a istinadən istinadən xəbər verir ki, Kolumbiya millisinin üzvüylə 3 illik razılıq əldə edilib.
33 yaşlı forvardın illik maaşı 5 milyon avro olacaq. Daha 2 milyon isə bonus şəklində ödəniləcək. Ümumilikdə isə təcrübəli hücumçunun əmək haqqı illik 7 milyon avro edəcək.
"Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak kolumbiyalı futbolçunun transferi üçün Fransadaya yollanıb və bütün detalları həll edib. "Sarı-qırmızılar" bu keçid 3-4 milyon avro təzminat ödəcəyək.
Klub rəsmisi yaxın günlərdə Falkao ilə İstanbula dönəcək.
"Qalatasaray" Falkaonun imza mərasiminə 50 min azarkeş toplamaq fikrindədir.
"Monako" Kolumbiya yığmasının üzvünü 2013-cü ildə "Atletiko"dan 60 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi