Dünya çempionatları tarixinə düşən futbolçu Azərbaycan klubuna keçir?

13:13 - 11 Avqust 2019

Cənubi Afrika Respublikası millisinin üzvü Sipive Çabalala karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az "Times Live" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Premyer Liqa klublarından biri ilə danışıqlar aparır. Çabalala daha iki il futbol oynayıb, karyerasını başa vurmaq fikrindədir.

 

Futbolçunun agenti hazırda Azərbaycandadır və danışıqlar aparır. Ötən mövsüm "Ərzurumspor"da çıxış etmiş futbolçunun müqaviləsi uzadılmayıb.

 

Çabalala 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatının Meksika ilə açılış matçında (1:1) ilk qolun müəllifi kimi tarixə düşüb.

 

Xəbərdə Hendrik Eksteynin "Sabah"da çıxış etdiyi, Dino Ndlovunun "Qarabağ"da parlaq karyera yaşadığı qeyd olunub.

 

Çabalala 2007-2018-ci illərdə ölkəsinin "Kayzer Çifs" klubunda 209 oyuna 34 qol vurub. O, ötən mövsüm "Ərzurumspor"da 17 oyun keçirib.

 

Xəbər xətti