"Qarabağ"ın APOEL oyununda hansı futbolçular daha diqqətli olmalıdır?

13:45 - 12 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Ağdam təmsilçisi "Qarabağ" Kiprin APOEL klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşma öncəsi "Qarabağ"ın iki futbolçusu - Rahil Məmmədovla Maksim Medvedev cəzalı duruma düşmək təhlükəsinə daha yaxındır. Hər iki futbolçu cari mövsüm Çempionlar Liqasında iki sarı vərəqə alıb.

 

Miçel, Ailton Silva, Simeon Slavçev və Rəşad Sadıqovun aktivində bir sarı vərəqə var.

 

Qaydalara əsasən, təsnifat oyunlarında 3 sarı vərəqə alan futbolçu cəzalı duruma düşür. Həmin oyunçu növbəti dəfə iki sarı vərəqə alarsa, matçı buraxmalı olur. Qrup mərhələsində təsnifatda alınan sarı vərəqələr ləğv edilir.

Xəbər xətti