Eddi İsrafilovun transferi rəsmən açıqlandı

15:48 - 12 Avqust 2019

Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilov İspaniya Sequndasında çıxış edən "Alkorkon"dan "Albasete" klubuna keçib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Anqola əsilli futbolçu Sequnda təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqavilə imzalayıb.

 

"Albasete"nin idman direktoru Mauro Peres transferlə bağlı bunlar söyləyib:

 

"Hava toplarında üstünlüyə malik futbolçudur. Əvvəlki klublarında hücumameyilli çıxış edirdi. Son illərdə isə yarımmüdafiənin mərkəzində oynayır. Çox inkişaf etdi və ötən mövsüm "Alkorkon"da önəmli fiqur oldu. O, bizə hücumlarda, müdafiədə və topa nəzarətdə bizə kömək edəcək".

 

Kastiliya-La-Mança təmsilçisi avqustun 13-ü İsrafilova təqdimat mərasimi keçirəcək.

 

Daha öncə "Marca" nəşri "Albasete"nin bu keçid üçün 1 milyon avro təzminat ödədiyini iddia edib.

 

27 yaşlı yarımmüdafiəçi 2018-ci ildən "Alkorkon"da çıxış edirdi. Onun müqaviləsinin başa çatmasına bir il qalmışdı. Eddi ötən mövsüm Sequndada 29 oyuna (2347 dəqiqə) 1 qol vurub, 16 sarı vərəqə alıb.

Xəbər xətti