UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilir.
Sportal.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Tofiq Bəhramv adına Respublika Stadionunda Kiprin APOEL klubu ilə üz-üzə gəlib.
İlk oyunda rəqibini 2:1 hesabı ilə məğıub etməyi bacaran Ağdam klubu bu dəfə uduzub - 0:2. Bununla da "Qarabağ" ÇL-də mübarizəni dayandırıb.
13 avqust
Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunu
20:30 "Qarabağ" - APOEL - 0:2
Qollar: Tomas De Vinsenti, 34 (pen.), Uroş Matiç, 68
Baş hakim: Daniel Siber
Yan xətt hakimləri: Yan Sedel, Lasse Koslovski
Dördüncü hakim: Martin Petersen (hamısı Almaniya)
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)
UEFA nümayəndəsi: Velid Imamoviç (Bosniya və Herseqovina)
İlk oyun: 2-1
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
saytlarin hazirlanmasi