"Zirə" növbəti transferini reallaşdırıb.
Sportal.az elcomercio.pe-yə istinadən xəbər verir ki, "qartallar" Perunun "Deportivo Munisipial" klubundan ayrılan sol cinah müdafiəçisi Alvaro Ampuero ilə anlaşıb. 27 yaşlı futbolçunun keçidi tezliklə açıqlanacaq.
Ampuero ikinci dəfə Avropaya üz tutacaq. Peru millisində 9 oyun keçirmiş futbolçu 2013-cü ildə İtaliyanın "Parma" klubuna transfer olub. "Parma" Alvaronu "Padova" və "Salernitana"ya icarəyə verib. Ampuero 2019-cu ildə zədə səbəbindən 8 oyun keçirib.
saytlarin hazirlanmasi