"Qalatasaray"ın "Monako"dan transferində anlaşdığı Radamel Falkaonun Türkiyəyə gələcəyi tarix müəyyənləşib.
Sportal.az "Habertürk"ə istinadən xəbər verir ki, kolumbiyalı ulduz çərşənbə və ya cümə axşamı İstanbula gələcək. 33 yaşlı futbolçu ABŞ-da olan ailəsinin Monakoya gəlişini gözləyir. O, ailsəiylə birlikdə İstanbula gəlmək fikrindədir.
Falkao Super Liqanın ilk turunda keçiriləcək "Dənizlispor" - "Qalatasaray" matçını tribunadan izləyəcək.
Falkao İstanbul klubu ilə 3 illik anlaşıb. Onun illik maaşı 5 milyon avro olacaq. Daha 2 milyon isə bonus şəklində ödəniləcək. Ümumilikdə isə təcrübəli hücumçunun əmək haqqı illik 7 milyon avro edəcək.
"Monako" Kolumbiya yığmasının üzvünü 2013-cü ildə "Atletiko"dan 60 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi