"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiprin APOEL klubuna 0:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırdı.
Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların kapitanı Giorgos Merkis Kipr kanalına açıqlama verib.34 yaşlı yunanıstanlı müdafiəçi "Qarabağ"ın futbolçularından biri ilə yaşadığı dialoqu efirdə səsləndirib:
"Çox xoşbxətik və qürur duyuruq. Bir çox insan turu keçəcəyimizə inanmırdı. Lakin biz sona qədər inandıq. Futbolçular son ana kimi mübarizə apardı. Oyun zamanı epizodların birində hakimdən cərimə zərbəsi tələb etdim. Rəqibin hücumçusu isə mənə dedi ki, bir qadın kimi ağlama. Ona "Ağlamıram, yunanam", - deyə cavab verdim. Mənə cavabında bildirdi ki, türklərin sənə nə etdiyini xatırlayırsan? "Yadımdadır, bu gün nə edəcəyinizi göstərin", - deyə ona cavab verdim". Amma biz onlara göstərdik. Buna görə də yunan bayrağına sarılmışam".
"Qarabağ"ın hücumçusu Mahir Əmrəli olub.
saytlarin hazirlanmasi