"Qarabağ"da itkilərin sayı artdı

11:11 - 14 Avqust 2019

Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə, APOEL səddini keçə bilmədi.

 

Sportal.az xəbər verir ki, Kipr klubu ilə cavab görüşündə Ağdam təmsilçisinin iki futbolçusu cəzalı duruma düşüb.

 

Komadanın müdafiəçisi Rahil Məmmədov cari mövsüm ÇL-də üçüncü sarı vərəqəni alıb. Oyunun sonlarında ikinci sarı vərəqəni görən Riçard Almeyda da bir oyunu buraxmalı olacaq.

 

Bundan əlavə, Bədavi Hüseynovla Filip Ozobiç zədədən əziyyət çəkir. Hüseynov fərdi məşqlər edirsə, xorvatiyalı yarımmüdafiəçi ilin sonuna qədər sıradan çıxıb.

 

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 22-də səfərdə baş tutacaq.

Xəbər xətti