"Qarabağ"ın qazancı müəyyənləşdi: itirilən milyonlar

11:25 - 14 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək.  

 

Sportal.az xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasında III mərhələyə kimi irəlilədiyi üçün UEFA-dan 1 milyon 370 min avro mükafat qazanıb.

 

"Qarabağ"ı məğlub edərək, Çempionlar Liqasının pley-offuna yüksələn APOEL isə büdcəsini 9 milyon avro zənginləşdirib. Nikosiya təmsilçisi ÇL-in qrupuna vəsiqə qazansa, büdcəsinə 15,25 milyon avro əlavə olunacaq. Mübarizəni dayandıran komanda Avropa Liqasının qrup mərhələsinə yollanacaq və 2,92 milyon avro mükafat alacaq.

 

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşacaq. Mübarizəni dayandıran komanda 300 min avro qazanacaq. Ağdam klubu turnirin qrup mərhələsinə yüksəlsə, büdcəsini 2,92 milyon avro ilə zənginləşdirəcək.

 

Avropa Liqasının qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro ilə büdcəsini zənginləşdirir.

 

Avropa Liqasının mükafatları:

 

Pley-offda məğlub olan komanda 300 min avro mükafat alacaq.
Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro;
Qrupda qələbə: 570 min avro;
Qrupda heç-heçə: 190 min avro;
Qrupun qalibi: 1 milyon avro;
Qrup ikincisi: 500 min avro;
1/16 finala vəsiqə: 0,5 milyon avro;
1/8 finala vəsiqə: 1,1 milyon avro;
1/4 finala vəsiqə: 1,5 milyon avro;
1/2 finala vəsiqə: 2,4 milyon avro;
Finala vəsiqə: 4,5 milyon avro;
Qalib: 4 milyon avro.

Xəbər xətti