"Zirə" Peru millisinin üzvünü icarəyə götürdü - RƏSMİ

21:21 - 14 Avqust 2019

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, "qartallar" Alvaro Ampuero ilə anlaşıb. 27 yaşlı müdafiəçi “Universidad San Martín” klubundan 1 illik icarəyə götürülüb.


Perulu futbolçu bundan öncə “Universitario de Deportes”(Peru), “Parma” (İtaliya), “Padova” (İtaliya), “Salernitana” (İtaliya) və “Universidad San Martín” (Peru) klublarında çıxış edib. 

 

Ampeuro Peru yığmasının heyətində 9 oyunda meydana çıxıb.

Xəbər xətti