Ötən mövsümün sonunda "Sumqayıt"dan ayrılan Azərbaycan millisinin üzvü Əli Babayev karyerasını doğma vətəni İsraildə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçisi II liqa klubu "Makkabi"yə (Petah-Tikva) transfer olub. Klub saytının məlumatına görə, Babayevlə iki illik müqavilə imzalanıb.
Əli ötən yay "Hapoel Raanana" klubundan "Sumqayıt"a keçmişdi. Babayev "gənclik şəhəri" təmsilçisində 29 oyuna 1 qol vurub. O, Litva ilə yoxlama matçında Azərbaycan yığmasında debüt edib.