Yossi Abukasis: "Hamı "Neftçi"ni cütün favoriti sayırdı"

22:05 - 14 Avqust 2019

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Bney Yehuda" (İsrail) - "Neftçi" matçından öncə keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yossi Abukasis jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- İlk oyundan komandamın göstərdiyi futboldan razıyam. Xüsusilə ilk hissədəki. Mövsümün əvəvlində göstərdiyimiz futbol bizə qənaətbəxş sayıla bilər. Ancaq optimal formada olmaq üçün 3-4 yeni futbolçu lazımdı.

 

- Bakıdakı hesaba əsasən özünüzü "Neftçi"dən daha şanslı sayırsınız?
- Bu nəticənin nə dərəcədə yaxşı olub-olmadığını sabah deyə biləcəm. Çünki mübarizənin yalnız ilk hissəsi bitib. "Neftçi" çox yaxşı komandadı, çox güclü futbolçuları var. Onların qarşısını Bakıda ala bildik. Rəqibin əsas üstünlüyü cari mövsümdə 6-cı rəsmi matçına çıxmasıdı, bizdə isə bu, yalnız 2-cidi.

 

- İlk qarşılaşmada rəqibi hansı oyun tərziylə təəccübləndirdiniz?
- Bu üslub deyil. Sadəcə, oyunu rəqibə uyğun qurdum. Deməzdim ki, yalnız müdafiədə oturduq. Hücuma da çxıdıq, 2 qol vurduq. Sabah məqsədimiz Bakıdakı nəticəni qorumaq olmayacaq, əksinə, bunu daha yaxşılaşdıraraq azarkeşlərimiziə yaxşı çıxışla sevindirmək olacaq.

 

- Bu həftə ilk oyunda sərfəli nəticə qazanan komandalar mübarizəni dayandırdılar, o cümlədən Çempionlar Liqasındakı təsmilçimiz "Qarabağ". Səfərdəki hesab sizdə arxayınlaşmaqla bağlı narahatlıq doğurmur?
- Heç vaxt nə özümə, nə də futbolçularıma demişəm ki, Bakıdakı 2:2 yaxşı nəticədi. 2:0 qalib gələsydik, yaxşı nəticə olardı. Bu üstünlüyünü əldən verməyimizə görə 2:2 heç də yaxşı nəticə deyil.

 

- İki ildə yaxşı nəticə qazanmasınız. İndisə Avropa Liqasının qrupuna düşməyinizə 3 matç qalıb...
- Keşmiş haqda yox, hazırda yalnız gələcək haqda düşünürəm. "Bney Yehuda" qələbələr üçün ac idi. İndi sabahkı qələbəni düşünürük. Bundan sonra addım-addım irəliləmək, pley-off mərhələsinin matçlarını düşünəcəyik ki, qrupa düşək. "Neftçi"ni kənarlaşdırsaq, bizim üçün çox böyük nəticə olacaq. Çünki hamı rəqibimizi bu cütün favoriti sayırdı.

 

- Çoxları düşünür ki, "Neftçi"nin ilk oyundakı nəticə arxayınmılqla bağlı idi. Sabahkı oyunda rəqibdən sürpriz oyun, taktika gözləyirmi?
- Görüşədək rəqibin bir neçə oyununa baxmışdım. Görmüşdüm ki, "Neftçi"nin baş məşqçisi əsas heyətdə 1-2 dəyişiklik edir. Sabah hansısa dəyişiklər olarsa, buna hazır olacağıq. Müasir futbolda heyətdə böyük dəyişikliklər etməklə uğur çıxışı davam etdirmək mümkün deyil. 

Xəbər xətti