Marko Deviç "Sabah"dan ayrıldı

11:35 - 15 Avqust 2019

Ukrayna millisinin sabiq üzvü Marko Deviç "Sabah"dan ayrıldığını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı forvard "instagram" hesabında bununla bağlı paylaşıb: "Hər şeyə görə təşəkkürlər, "Sabah"! Təşəkkürlər Bakı! Təşəkkürlər Azərbaycan!"

 

Deviç "Sabah"da 19 oyuna 8 qol vurub. 

Xəbər xətti