Türkiyənin "Beşiktaş" klubu Azərbaycanın U-17 və U-19 millilərində oynamış Mətin Gülərlə yolları ayırıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yetirməsi karyerasını III Liqa klubu "Darıca Gənclərbirliyi"ndə davam etdirəcək. Aşağı liqa təmsilçisi 19 yaşlı müdafiəçinin transferi üçün təzminat ödəməyib.
Mətin Azərbaycanın U-17 millisində 3 oyuna 1 qol vurub. Gənc futbolçu U-19 yığmasında 8 oyun keçirib.
saytlarin hazirlanmasi