Honduras millisinin hücumçusu Rojer Roxas karyerasını Azərbaycanda davam etdirəcək.
Sportal.az "La Tribuna"ya istinadən xəbər verir ki, 29 yaşlı forvardın çıxış etdiyi Kosta-Rikanın "Alaxuelense" klubu bu barədə məlumat yayıb:
"Roxas Azərbaycanda yüksək liqa klubu ilə danışıqları tamamlanmaq üçün bu ölkəyə gedəcək. Klubumuza göstərdiyin xidmət üçün təşəkkürlər!"
Roxasın hansı klubla müqavilə imzalayacaöı məlum deyil. Futbolçu özü də transferlə bağlı danışıb: "Azərbaycanda oynayacağım üçün şadam. Danışıqlar uzun müddət davam elədi".
Honduraslı forvard "Alaxuelense"də 2017/18 mövsümündə 26 oyuna 20 qol vurmuşdu. Futbolçu ötən mövsüm 39 oyuna 16 dəfə fərqlənmişdi. Yeni mövsüm Rojer 3 oyuna 1 qol vurmağı bacarıb. Roxas 2010-cu ildən Honduras millisinə dəvət alır.
saytlarin hazirlanmasi