Marko Deviçin yeni klubu rəsmən müəyyənləşdi

10:19 - 20 Avqust 2019

"Sabah"dan ayrılan Ukrayna millisinin sabiq hücumçusu Marko Deviçin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Serbiya əsilli hücumçu karyerasını vətənində davam etdirəcək. 36 yaşlı futbolçu Super Liqada çıxış edən "Vojdovats"la müqavilə imzalayıb.

 

Deviç 2004-2005 mövsümündə də bu komandanın formasını geyinib.

 

"Serbiyaya dönməyimin ən böyük səbəbi, əlbəttə, ailədir. Digər təklifləri bir kənara qoyub, evə getmək zamanının yetişdiyini hiss etdim. Bura gəldiyim üçün sevincliyəm. Çünki Serbiyanın ən yaxşı klublarından biridir. Sağlam komandadır və önəmlisi xaricə getməmişdən öncəki klubumdur. Komandanı və futbolçuları az tanıyıram. Tezliklə adaptasiya olacağımı düşünürəm. 

 

Gənc futbolçuların düzgün şəkildə inkişaf etmələrinə kömək etmək istəyirəm. Onlara yaxşı örnək olmaq üçün meydanda və kənarda hər şeyə hazıram. Meydana çıxmaq üçün səbirsizəm", - deyə təcrübəli futbolçu klub saytına açıqlamasınde bildirib.

 

Ötən mövsüm "Sabah"da çıxış edən Deviç Azərbaycan Premyer Liqasında 21 oyuna 8 qol vurub.

 

Deviç karyerası ərzində Serbiyanın "Zvezdara", "Jeleznik", "Radniçki", "Vojdovats", Ukraynanın "Volın", "Metallist", "Şaxtyor", Rusiyanın "Rubin", "Rostov", Qətərin "Əl-Rayan" və Lixtenşteynin "Vaduts" klublarının formasını geyinib. O, 2007/2008 mövsümündə Ukrayna Premyer Liqasının bombardiri olub.

Xəbər xətti