“Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk matçına çıxıb.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının III təsnifatında mübarizəni dayandırdığı üçün yoluna Avropa Liqasında davam edən Ağdam təmsilçisi səfərdə “Linfild”in qonağı olub. Şimali İrlandiyanın paytaxtı Belfastdakı “Vindzor Park” stadionundan keçiriləcək görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Cütün cavab görüşü avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
22:45. “Linfild” – “Qarabağ” - 3:2
Qollar: Mark Stefford, 40, Şeyn Leveri, 45, 75 - Faysal Rerras, 16, Maqaye Qeye, 90+2 (pen.)
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Stefan De Almeyda, Bekim Zoqay
Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)
UEFA nümayəndəsi: Mixael Zaltser (İsveç)
Belfast, “Vindzor Park” stadionu
saytlarin hazirlanmasi