“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 21 yaşlı yarımmüdafiəçi Ozan Can Kökçü ilə 2 illik müqavilə bağlayıb.
Gənc futbolçu peşəkar karyerası ərzində Hollandiyanın “Valveyk”, Türkiyənin “Bursaspor” və “Girəsunspor” klublarında oynayıb.
Ozan Can Azərbaycanın U-21 millisində də çıxış edib.