Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir oyun keçirilib. "Sumqayıt" doğma meydanda "Səbail"lə qarşılaşıb. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
24 avqust (şənbə)
19:00 “Sumqayıt” – “Səbail” - 0:3
Qollar: Ağabala Ramazanov, 10 (pen.), 40, Şəhriyar Rəhimov, 51
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”.