"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın ikinci turunda evdə "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib.
"Oyuna pis başlamadıq. Hissənin sonunda buraxdığımız qol vəziyyəti dəyişdi. Fasilədən sonra hücum futbolu oynayıb qol vurmaq istəsək də, alınmadı. Rəqib qırmızı vərəqə aldıqdan sonra tamamilə geri çəkildi, işimiz daha çətin oldu. Rəqibi təbrik edirəm, növbəti matçlarda bu səhvləri buraxmamalıyıq. Uşaqlarda çatışmayan cəhətlər var. Topa daha çox nəzarət eləmək istəyirik.
Ekşteynə ümidimiz böyükdür, amma bu gün oyunu alınmadı. Ona görə onu fasilədə əvəzlədim. Hər dəfə eyni oyunu göstərmək çox çətindir. Bunun üçün bizə illər lazımdır. Ola bilər ki, "Neftçi" ilə oyundan sonra uşaqlarda arxayınlıq yaranmışdı. Bəlkə də "Keşlə"yə qarşı arxayın çıxmışdılar meydana. Cəzasını da aldılar. Uşaqlara arxayın olmamalarını tapşırmışdım. Belə bir şeyi keçən mövsümün əvvəlində də yaşamışdıq. Roxas 7-8 gündü burdadır, uyğunlaşması üçün bir qədər vaxta ehtiyacı var".
saytlarin hazirlanmasi