“Qarabağ” Azərbaycan Premyer Liqasındakı qələbə seriyasını 10 oyuna çatdırıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, 2018/19 mövsümünün son 8 matçında xal itirməyən Ağdam klubu cari çempionatın startında 2-ci qələbəyə sevinib.
Qurban Qurbanovun yetirmələrinin son xal itkisi martın 9-na təsadüf edib. Həmin gün “Qarabağ” “Zirə”ylə ev matçında heç-heçəylə kifayətlənib – 0:0.
Son çempion ötən mövsümün sonunda “Səbail” (2:1, 4:0), “Sumqayıt” (6:0), “Qəbələ” (2:1), “Sabah” (3:0), “Keşlə” (3:0), “Zirə” (3:0) və “Neftçi” (3:2) üzərində qələbə qazanıb.
Yeni mövsümün ilk matçında “Keşlə”ni bir qolla məğlub edən ağdamlılar qələbə seriyasını “Qəbələ”ylə qarşılaşmada 10-a çatdırıb. Bu dəfə evdə oynayan “Qarabağ” böyükhesablı qələbə əldə edib – 3:0. Qeyd edək ki, “köhlən atlar” 10 oyunluq qələbə seriyası zamanı 30 qol vurub və 4-nü buraxıb.
saytlarin hazirlanmasi