“Qarabağ”dan ayrılan Donald Geryenin “Neftçi”yə keçəcəyi ilə bağlı növbəti iddia ortaya atılıb.
Sportal.az “Vant Bef İnfo” portalına istinadən xəbər verir ki, 30 yaşlı sol cinah futbolçusu "ağ-qaralar"la iki illik müqavilə bağlayacaq. Onun aylıq maaşının 35 min dollardan çox olacağı vurğulanıb.
Məlumatda qeyd edilib ki, Haiti millisinin üzvü illik maaşının yarısını müqavilə bağlayan zaman alacaq.
Gerye sentyarın 1-dək “Neftçi”nin düşərgəsində olacaq.
Gerye 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubunda 55 oyuna 5 qol vurub.
saytlarin hazirlanmasi