“Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ilk oyunda 2:3 hesabı ilə uduzduğu Şimali İrlandiya çempionu “Linfild”i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.
Bununla da, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Ağdamlılar beşinci dəfə bu turnirin qrup mərhələsinə vəsiqə əldə edib.
“Qarabağ” – “Linfild” - 2:1
Qollar: Xayme Romero, 6, Abdullah Zubir, 88 - Şeyn Leyveri, 90+3
saytlarin hazirlanmasi