"Qarabağ"ın rəqibləri müəyyənləşdi - YENİLƏNİB

15:45 - 30 Avqust 2019

Bu gün UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, Monakoda baş tutan püşkatmada 48 komanda 12 qrupa bölünüb. Hər qrupda 4 komanda yer alıb.

 

Püşkatma zamanı Azərbaycanı turnirdən təmsil edən "Qarabağ"ın rəqibləri müəyyənləşib.

 

Ağdam klubu püşkatmada III səbətdə yer alıb. Azərbaycan çempionu A qrupunda "Sevilya", APOEL və "Düdelanj"la mübarizə aparacaq.

 

A qrupu

"Sevilya" (İspaniya)

APOEL (Kipr)

"Qarabağ" (Azərbaycan)

"Düdelanj" (Lüksemburq)

 

B qrupu

"Dinamo" (Kiyev, Ukrayna)

"Kopenhagen" (Danimarka)

"Malmö" (İsveç)

"Srvena Zvezda" (Serbiya)

 

C qrupu

"Bazel" (İsveçrə)

"Krasnodar" (Rusiya)

"Xetafe" (İspaniya)

"Trabzonspor" (Türkiyə)

 

D qrupu

"Sportinq" (Portuqaliya)

PSV (Hollandiya)

"Rusenborq" (Norveç)

LASK (Avstriya)

 

E qrupu

"Latsio" (İtaliya)

"Seltik" (Şotlandiya)

"Renn" (Fransa)

ÇFR (Kluj, Rumıniya)

 

F qrupu

"Arsenal" (İngiltərə)

"Ayntraxt" (Frankfurt, Almaniya)

"Standart" (Belçika)

"Vitoriya Qimaraynş" (Portuqaliya)

 

G qrupu

"Portu" (Portuqaliya)

"Yanq Boyz" (İsveçrə)

"Feyenoord" (Hollandiya)

"Reyncers" (Şotlandiya)

 

H qrupu

ÇSKA (Moskva, Rusiya)

"Ludoqorets" (Bolqarıstan)

"Espanyol" (İspaniya)

"Ferentsvaroş" (Macarıstan)

 

I qrupu

"Volfsburq" (Almaniya)

"Gent" (Belçika)

"Sent-Etyen" (Fransa)

"Oleksandriya" (Ukrayna)

 

J qrupu

"Roma" (İtaliya)

"Borussiya" (Münhenqladbax, Almaniya)

"Başakşəhər" (İstanbul, Türkiyə)

"Volfsberger" (Avstriya)

 

K qrupu

"Beşiktaş" (Türkiyə)

"Braqa" (Portuqaliya)

"Vulverhempton" (İngiltərə)

"Slovan" (Braitslava, Sloveniya)

 

L qrupu

"Mançester Yunayted" (İngiltərə)

"Astana" (Qazaxıstan)

"Partizan" (Serbiya)

"Alkmaar" (Hollandiya)

 

Qrup mərhələsinin ilk turunun oyunları sentyabrın 19-u baş tutacaq. Qrup mərhələsinə dekabrın 12-də yekun vurulacaq.

 

Avropa Liqasının final görüşü 2020-ci ilin mayın 20-də Polşanın Qdansk şəhərində baş tutacaq.

Xəbər xətti