"Gedə bildiyimiz qədər irəliləmək istəyirik" - "Qarabağ" rəsmisi

17:53 - 30 Avqust 2019

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının qrup mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi sportinfo.az-a açıqlamasında çətin qrupa düşdüklərini söyləyib:

 

"İlk baxışdan hamı üçün asan qrup kimi görünə bilər. Ancaq mənə görə elə deyil. İnanıram ki, məşqçilər heyəti lazımı araşdırmanı edib, komandanı həmin oyunlara hazırlayacaqlar".

 

Çəlikəl bu mövsümdə də əsas hədəflərinin qrupdan çıxmaq olduğunu bildirib: "Bizim hədəflərimiz eynidir. Gedə bildiyimiz qədər irəliləmək istəyirik. Bu, hamıya aid olan məsələdir. Qrupdan çıxmağı hər kəs arzulayır. Bu il daha da irəli getmək niyyətimiz var".

 

"Qarabağ" A qrupunda "Sevilya", APOEL və "Düdelanj"la mübarizə aparacaq.

Xəbər xətti