"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkü barədə danışıb.
Sportal.az klub saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis qrupu dəyərləndirib:
"Rəqiblərimizdən APOEL tanış rəqibdir, gücləri bəllidir. "Düdelanj"la daha öncə qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir. "Sevilya" isə hamıya bəllidir, Avropa Liqasını ən çox qazanmış klubdur. Hələ vaxtımız var, rəqiblərimizi daha yaxından analiz etməyə çalışacağıq".
saytlarin hazirlanmasi