Türkiyə Super Liqasında üçüncü tura start verilib.
Sportal.az xəbər verir ki, "Kayserispor" - "Qalatasaray" oyunu gərginliyi ilə yadda qalıb. Oyun qonaqların 3:2 hesabklı qələbəsi ilə başa çatıb.
Matçda hesabı meydan sahiblərinin heyətində forma geyən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike açıb. Braziliyalı futbolçu 74-cü dəqiqədə ikinci sarı vərəqə alıb və meydanı vaxtından əvvəl tərk edib.
"Kayserispor" - "Qalatasaray" - 2:3
Qollar: Pedro Enrike, 37, Umut Bulut, 90+1 - Yunes Belhanda, 66 (pen.), Rayan Babel, 87, Adəm Büyük, 90+9
Qırmızı vərəqələr: Aymen Abdennur, 65, Pedro Enrike, 74, Umut Bulut, 90+5 - Əmrə Mor, 89
saytlarin hazirlanmasi