Fransalı futbolçunun "Qarabağ"a transferi baş tutmadı

16:59 - 3 Sentyabr 2019

"Qarabağ" transfer pəncərəsinin son günündə İspaniya Sequnda təmsilçisi "Almeriya"nın müdafiəçisi Matye Peberni transfer etmək istəyib.

 

Sportal.az eldesmarque.com-a istinadən xəbər verir ki, əndəlüsiyalılar Ağdam klubu ilə anlaşa bilməyib.

 

“Almeriya” 28 yaşlı fransalı mərkəz müdafiəçisini Sequndanın digər təmsilçisi "Luqo"ya bir mövsümlük icarəyə verib.

 

Pebern bu yay "Loryan"dan "Almeriya"ya keçib. 

Xəbər xətti