Cengiz Ündər Türkiyə millisindən kənar qaldı

18:50 - 5 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Andorra və Moldova ilə qarşılaşacaq Türkiyə millisi ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, "ay-ulduz"ların heyətində Cengiz Ünder sıradan çıxıb. "Roma" klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçi zədələndiyi üçün yığmadan kənarlaşdırılıb.

 

Türkiyə yığması sentyabrın 7-də "Vodafone Park"da Andorranı qəbul edəcək, üç gün sonra Moldovanın qonağı olacaq.

 

Xəbər xətti