AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya matçının hakim təyinatında dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, Sladan Yosipoviçin səhhətində problem yarandığı üçün yan xətt hakimi funksiyasını Alain Heyniqer yerinə yetirəcək.
Azərbaycan – Xorvatiya matçını İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sandro Şörer olacaq.
Sentybarın 9-da, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da start götürəcək.
AÇ-2020-nin seçmə mərhələsi
9 sentyabr
20:00 Azərbaycan - Xorvatiya
Baş hakim: Sandro Şörer
Baş hakimin köməkçiləri: Stefane De Almeyda, Alain Heyniger
Dördüncü hakim: Fedayi San (Hamısı İsveçrə)
Hakim-inspektor: Aleksandru Dekanu (Rumıniya)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Bakı. 8-ci km stadionu.
saytlarin hazirlanmasi