Domaqoy Vida: "Sıfır xal Azərbaycanın real gücünü göstərmir"

18:48 - 8 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida oyun öncəsi mətbuat konfransına qatılıb.

 

Sportal.az xəbər verir ki, "Beşiktaş"ın müdafiəçisi jurnalistlərin suallarını cavablandırdı:

 

- Azərbaycan millisinə qarşı hazırlıq necə keçdi?
- Çox vaxtımız olmayıb. Dünən bura gəlmişik. Rəqibin son oyununu təhlil etmişik. Son məşqimiz olacaq. Taktiki hazırlıqla bağlı sualları yəqin ki, baş məşqçimiz cavablayacaq.

 

- Bir neçə il əvvəl Bakıda Azərbaycanla qolsuz heç-heçə etmişdiz. İndi bu rəqibi necə görürsüz?
- Bəli, həmin zaman oynamışdıq. Çətin olmuşdu. Bu tsikl ilk matç da asan keçmədi. 0 xal Azərbaycanın real gücünü göstərmir. Rəqibin yaxşı futbolçuları var. Azərbaycana hörmət edirik. Maksimum güclə oynamalıyıq. Uels və Slovakiyaya qarşı çıxış etdiyimiz kimi oynasaq, yaxşı nəticə qazana bilərik.

 

- Sabahkı oyunda Azərbaycan millisinin qələbəsi sürpriz olacaq?
- Biz dünya reytinqində ikinciyik. Favoritik və bura qələbə üçün gəlmişik. Ancaq rəqibə hörmət edirik. Əgər Slovakiyaya qarşı oyunu göstərə bilsək, qələbə qazanacağıq.

 

- Slovakiyaya qarşı dünya çempionatından sonrakı ən yaxşı oyunu keçirdiz. Necə düşünürsüz?
- Bəli, mən bununla razıyam. Özüm də dünya çempoionatında oynamışdım. Ancaq sabah bizi vacib görüş gözləyir. Baş məşqçi bizi hazırlayır ki, keçmişlə yox, gələcəklə yaşayaq.

 

- Yəqin ki, Azərbaycan millisinin Uelslə oyununu izləmisiz. Komandada hansı futbolçuiları xüsusi qeyd edə bilərsiz?
- Biz bütün oyunu izləməmişik. Sadəcə, bəzi epizodlara baxmışıq. Həmin matçda Azərbaycan millisinin bəxti gətirmədi. Biz ilk növbədə özümüz haqda düşünməliyik. Qələbə üçün daha vacib məqam budu.

 

- Avropa Çempionatının bir neçə oyunu Bakıda keçiriləcək. Vəsiqə qazansaz, burda oynamaq istəyərsiz?
- Buna çox uzun müddət qalıb. Bakı gözəl şəhərdi. Ancaq biz əvvəlcə sabah qələbə qazanmalıyıq. Daha sonra isə əsas mərhələyə vəsiqə qazanmalıyıq. Həmin vaxt bu barədə düşünə bilərik.

Xəbər xətti