AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan millisinin üzvü Emil Balayev oyun barədə danışıb.
Sportal.az xəbər verir ki, yığmada debüt edən 25 yaşlı qolkiper buna görə xoşbəxt olduğunu deyib:
"Yalnız pozitiv hisslər keçirirəm. Sevindirici haldır ki, qrupda ilk xalımızı qazandıq. Bundan öncə buna nail ola bilmirdik. Bu dəfə mənə şans verildi və bundan maksimum istifadə etməyə çalışdım. Hər bir komanda yoldaşıma təşəkkür edirəm ki, sona qədər vuruşdular. Meydanda çox gərgin mübarizə getdi. Azarkeşlərə gözəl atmosfer üçün təşəkkür edirik".
saytlarin hazirlanmasi