Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla oyundan (1:1) sonra 24sata.hr saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, "Beşiktaş"ın futbolçusu oyunu şərh edib:
"Yaxşı oyun keçirdik. Penaltidən fərqləndikdən sonra 3-4 qol imkanımız oldu. Təəssüf ki, bundan istifadə edə bilmədik. İkinci hissədə rəqib hesabı bərabərləşdirdi. Layiqli heç-heçə qeydə alındı. Bundan faciə düzəltməyək. Azarkeşlərimizdən üzr istəyirik. Onlara Bakıya gələrək bizə dəstək olduqları üçün təşəkkür edirik. Deməzdim ki, oyuna nəzarət edə bilmədik. Əgər Bakıda keçirilən oyunun ilk hissəsində 2 qol vura bilsəydik, Slovakiya ilə matçı təkrarlaya bilərdik. Bu futboldur, hər şey olduqca maraqlıdır. Biz onlara 1 xal verdik, əvəzində 2 xal itirdik. Hazırda bizə Macarıstanla keçirəcəyimiz oyun daha çox maraqlıdır".
saytlarin hazirlanmasi