"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda AÇ-2020-nin seçmə mərhələsində zədəli olduğu üçün Xorvatiya ilə oyunu (1:1) buraxdı.
Sportal.az xəbər verir ki, millinin Uelsə uduzduğu matçda zədələnən Braziliya əsilli futbolçu 1-2 həftəlik sıradan çıxıb.
Almeyda "Qarabağ"ın Premyer Liqanın dördüncü turunda "Neftçi"yə qarşı keçirəcəyi matçı buraxacaq. Onun Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya" ilə Bakıdakı oyunu buraxmaq ehtimalı var.
Ağdam klubunun digər zədəli futbolçusu Bədavi Hüseynov "Neftçi" ilə keçirləcək matça hazır olacaq. Millinin düşərgəsində zədələnən Rahil Məmmədov isə bir aylıq sıradan çıxıb.
"Qarabağ" - "Sevilya" görüşü sentyabrın 19-u baş tutacaq.
saytlarin hazirlanmasi