Bosniya və Herseqvoina millisinin üzvü Asmir Beqoviç "Qarabağ"da məşqlərə başlayıb.
Sportal.az xəbər verir ki, 32 yaşlı qolkiper Premyer Liqanın IV turunda "Neftçi" ilə keçiriləcək qarşılaşmaya hazırlaşır.
Beqoviçin Avropa Liqasının qrup mərhələsində "Sevilya" ilə qarşılaşmada debüt edəcəyi gözlənilir. Həmin oyun sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
"Qarabağ" Beqoviçi İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"dan ilin sonuna qədər icarəyə götürüb.
saytlarin hazirlanmasi