Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi"ni 2:0 hesabı ilə məğlub edən "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Sportal.az-a müsahibə verib.
Oyunda bir qol və bir assistlə yadda qalan 27 yaşlı futbolçu sualları cavablandırıb:
- “Sevilya” ilə oyun öncəsi əsas rəqib üzərində qələbə böyük motivasiya oldu?
- Ümumiyyətlə, hər oyun bizim üçün motivasiyadır. Bilirdik ki, önəmli oyun idi. Ümid edirəm ki, bu qələbə “Sevilya” ilə oyun öncəsi bizim xeyrimizə olacaq.
- Ötən ilki mübarizədən sonra gözlənilirdi ki, “Neftçi” yenə də “Qarabağ”a çətinlik yaşadacaq. Ancaq xal fərqi böyüyüb və indidən “Qarabağ”ın çempionluğundan danışanlar var.
- Çempionat yeni başlayıb, qarşıda uzun marafon var. İndidən nəyinsə qazanıldığını demək olmaz. Biz də büdrəməməyə çalışacağıq. Hər oyuna qələbə üçün çıxacağıq.
- “Sevilya” ilə oyunda “Qarabağ”dan nə gözləmək olar? İspaniya klubunda yayda böyük dəyişikliklər olub. Əndəlüsiyalılardan Bakıda xal almaq olar?
- “Sevilya”dan yaxşı futbolçular getsə də, əvəzlərinə eyni səviyyədə olan oyunçular gəlib. Çalışacağıq ki, əlimizdən gələni edək və “Sevilya” qarşısında yaxşı performans göstərək.
- Qrupdan çıxmaq şanslarını necə hesab edirsən?
- Heç kəs indidən nəsə deyə bilməz. Qrupda əlimizdən gələni edəcəyik. Ən yaxşısı üçün çalışacağıq.
- Driblinqləri sevən futbolçusan və bu, səndə uğurlu alınır. “Sevilya”nın müdafiəçilərinə qarşı bunu tətbiq edəcəksən?
- Mən bilmirəm, dostum. Ən yaxşı oyunlardan birini keçirməyə çalışacam.
saytlarin hazirlanmasi