Avropa Liqasının qrup mərhələsinin ilk turun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Sevilya" (İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Sportal.az xəbər verir ki, sentyabrın 18-i saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunun mətbuat zalında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Sevilya"nın baş məşqçisi isə saat 18:30-da Tofiq Bəhramov adına Respublika Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
saytlarin hazirlanmasi