"Qarabağ"ın bosniya və herseqovinalı qapıçısı Asmir Beqoviç Avropa Liqasının qrup mərhələsinin I turunda "Sevilya"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra "Twitter" hesabında azarkeşlərə təşəkkür edib.
Sportal.az xəbər verir ki, 32 yaşlı qapıçı irəlidə oyunların olduğunu bildirib:
"Dünən axşam möhtəşəm komandaya qarşı oynadıq və ağır məğlubiyyət aldıq. Hələ oynayacağımız çox matç var və biz davam edirik. Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edirəm".
saytlarin hazirlanmasi