Azərbaycanda Ronaldinyo Futbol Akademiyası nə vaxt açılacaq?

12:25 - 23 Sentyabr 2019

"Qəbələ"nin fəxri prezidenti Tale Heydərov "Emerging Europe” nəşrindəki yazısında Azərbaycanda fəaliyyət göstərəcəyi gözlənilən Ronaldinyo Futbol Akademiyası ilə bağlı məlumat yayıb.

 

Sportal.az xəbər verir ki, Heydərov akademiyanın 2020-ci ilin əvvəlində açılacağını qeyd edib:

 

"Hamıya idman nailiyyətlərimizi göstərmək üçün Qəbələ Futbol Akademiyasını təsis etdik. Fəxrlə deyə bilərəm ki, akademiyada işlərin çətinliyinə baxmayaraq burada yetişən  oyunçular idmanda ən yaxşısını ediblər və son illərdə bir çoxları Azərbaycan yığmasının heyətinə də çağırılıblar. "Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində həlledici rol oynadı. Ronaldinyo Futbol Akademiyası unikaldır, orada bütün istedadlı gənc futbolçulara yüksək keyfiyyətdə məşq keçiləcək. Akademiyanın 2020-ci ilin əvvəlində açılacağını gözləyirik".

 

2017-ci ilin martında Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanmışdı.

Xəbər xətti