"Qarabağ"da Xayme Romero şoku

21:21 - 23 Sentyabr 2019

Premyer Liqanın V turunda "Zirə"ni 3:1 hesabı ilə məğlub edən “Qarabağ” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, oyunun sonlarında Ağdam klubunun ispaniyalı yarımmüdafiəçisi Xayme Romero zədələnib. Çiynindən zədələnən futbolçu oyunu davam etdirə bilməyib və 84-cü dəqiqədə onun əvəzinə Toral Bayramov meydana daxil olub.

 

Oyundan sonra komandanın baş məşqçisi 29 yaşlı futbolçunun durumunun ciddi olduöunu deyib: "Deyəsən, Romeronun vəziyyəti yaxşı deyil".

Xəbər xətti