Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyununu boş tribunalar önündə keçiriləcək.
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb sentyabrın 9-u AÇ-2020-nin seçmə mərhələsində Budapeştdə keçirlmiş Macarıstan – Slovakiya matçında (1:2) hər iki komandanın azarkeşləri arasında baş verən insidentdir.
UEFA-nın İntizam Komitəsi hər iki ölkənin federasiyasını cəzalandırıb. Komandalar növbəti ev oyununu azarkeşsiz keçirmək cəzası alıb. Macarıstan Futbol Federasiyası 67,125, Slovakiya Futbol Federasiyası isə 20 min avro cərimələnib.
AÇ-2020-nin seçmə mərhələsində Macarıstan - Azərbaycan və Slovakiya - Uels oyunları boş tribunalar önündə keçiriləcək.
Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü baş tutacaq.
saytlarin hazirlanmasi