UEFA növbəti dəfə "Qarabağ" klubuna qarşı intizam işi açıb.
Sportal.az xəbər verir ki, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə ev matçında baş verənlərlə əlaqədardır.
Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. "Sevilya"nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə "Çiçarito" ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər.
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq.
Qarşılaşma "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. UEFA ölkə çempionunu bu mövsüm daha iki dəfə cərimə edib (Report).
saytlarin hazirlanmasi