"Qarabağ"ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

17:36 - 25 Sentyabr 2019

"Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə çağırılıb.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, baş məşqçi Krasimir Balakov AÇ-2020-nin seçmə mərhələsinin Monteneqro və İngiltərə ilə oyunları üçün 26 yaşlı yarımmüdafiəçiyə dəvət göndərib.

 

Bolqarıstan millisi oktyabrın 11-i Monteneqronun qonağı olacaq, üç gün sonra İngiltərə ilə Sofiyada qarşılaşacaq.

Xəbər xətti