Sonuncu dəfə "Adana Dəmirspor"u çalışdıran Ümit Özat "Sabah"ın baş məşqçisi təyin edilə bilər.
Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, klub rəsmiləri 42 yaşlı mütəxəssislə danışıqlar aparmaq üçün İstanbula yollanıb.
Türkiyəli mütəxəssis karyerası ərzində "Ankaragücü", "Manisaspor", "Elazığspor", "Boluspor", "Samsunspor", "Mersin İdmanyurdu", "Gənclərbirliyi", "Giresunspor" və "Adana Dəmirspor"u çalışdırıb.
"Sabah" baş məşqçisi Elşad Əhmədovla yolları ayırıb. Paytaxt təmsilçisi cari mövsüm 5 turdan sonra 2 xal toplayıb.
saytlarin hazirlanmasi