UEFA-nın yeni yaratdığı Konfrans Liqası 2021/2022 mövsümündən start götürəcək.
Konfrans Liqası Çempionlar Liqası və Avropa Liqasından sonra reytinqinə görə, üçüncü Avropa Kuboku turniri olacaq.
Yeni turnirdə Azərbaycanın üç klubu çıxış edəcək. Azərbaycan çempionatının qalibi Çempionlar Liqasında mübarizə aparacaq.
Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.
Turnirin qarşılaşmaları cümə axşamları keçiriləcək.
Yeni turnir formatına görə Çempionlar Liqası ilə oxşar cəhətləri olacaq. Seçmə mərhələdə klublar iki – liqa və çempionlar yoluna bölünəcək. Çempionlar yolunda Çempionlar Liqasının ilkin və I təsnifat mərhələsində mübarizəni dayandıran klublar mübarizə aparacaq.
I təsnifat mərhələsində 72 klub yarışacaq:
- UEFA-nın reytinqində 30-55-ci yerlər aralığında olan federasiyaların ölkə kubokunu qazanan 26 klub;
- UEFA-nın reytinqində 30-54-ci yerlər aralığında olan ölkələrin çempionatlarında 2-ci yeri tutmuş 24 klub (Lixtenşteyn xaric);
- UEFA-nın reytinqində 29-51-ci yerlər aralığında olan ölkələrin çempionatlarında 3-cü yeri tutmuş 22 klub (Lixtenşteyn xaric);
* Lixtenşteyinin daxili çempionatı olmadığı üçün yalnız kubokun qalibi turnirdə iştirak edəcək.
II təsnifat mərhələsi:
- Çempionlar Liqasının ilkin və I təsnifat mərhələsində mübarizəni dayandıran 20 klub;
- UEFA-nın reytinqində 16-29-cu yerlər aralığında olan federasiyaların ölkə kubokunu qazanan 14 klub;
- UEFA-nın reytinqində 16-29-cu yerlər aralığında olan ölkələrin çempionatlarında 2-ci yeri tutmuş 14 klub;
- UEFA-nın reytinqində 13-28-ci yerlər aralığında olan ölkələrin çempionatlarında 3-cü yeri tutmuş 16 klub;
- UEFA-nın reytinqində 7-15-ci yerlər aralığında olan ölkələrin çempionatlarında 4-cü yeri tutmuş 9 klub;
- UEFA-nın reytinqində ilk 6 yerdə qərarlaşan ölkələrin çempionatında 5-ci yeri tutan komandalar;
- I təsnifat mərhələsini keçən 36 klub.
III təsnifat mərhələsi:
- Çempionlar yolundan mərhələni keçən 10 klub;
- UEFA-nın reytinqində 7-12-ci yerlər aralığında olan ölkələrin çempionatlarında 3-cü yeri tutmuş 6 klub;
- II təsnifat mərhələsini keçən 45 klub;
- UEFA-nın reytinqində altıncı olan ölkənin çempionatında 4-cü yeri tutacaq klub.
Pley-off
- Çempionlar yolunu keçən 5 klub;
- Avropa Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran 5 klub çempionlar yoluna qoşulur;
- UEFA-nın reytinqində ilk 4 yerdə qərarlaşan ölkələrin çempionatda 6-cı yeri tutmuş klublar;
- UEFA-nın reytinqində 5-ci olan ölkənin çempionatında 5-ci yeri tutacaq klub;
- Liqa yolunu keçən 26 qalib;
- Avropa Liqasının III təsnifat mərhələsində uduzan 3 klub.
Qrup mərhələsi:
- 32 klub;
- 8 qrupun hər birində 4 klub;
- Çempionlar yolunun 5 qalibi;
- Liqa yolunun 17 qalibi;
- Avropa Liqasının pley-off mərhələsində uduzmuş 10 klub;
- Qrup liderləri 1/8 finala vəsiqə qazanacaq;
- İkinci yerin sahibləri isə 1/8 finala yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü pilləni tutan komandalarla qarşılaşacaq.
Sportal.az
saytlarin hazirlanmasi